Bu il martın 10-da Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü başa çatacaq.
7News.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, builki ov mövsümü üzrə ov limiti artıq bitmək üzrədir:
"Hazırda su-bataqlıq quşlarının ov dövrüdür”.
Hikmət Əlizadə 2019-2020-ci il üzrə ov mövsümünün mayın sonunda elan ediləcəyini nəzərə çatdırıb:
"Azərbaycanda ov etmək istəyən insanların maarifləndirməsinə də ehtiyac var”.
7News.Az








