Pakistanın şimal-qərbində yerləşən Kohat şəhərində məscid yaxınlığında baş verən terror aktı nəticəsində azı 31 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
7News.Az AFP-yə istinadən xəbər verir ki, ölənlər arasında 16 polis əməkdaşı da var.
Məlumata görə, hadisə Xeybər-Paxtunxva əyalətində "Police Lines” kompleksinin ərazisində yerləşən məscidin yaxınlığında baş verib. İntiharçı terrorçu partlayış törədib.
Daha sonra hüquq-mühafizə orqanları ilə hücum edənlər arasında atışma olub. Əməliyyat zamanı altı hücumçunun zərərsizləşdirildiyi bildirilib.








