RU
Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu: 17 yaşlı oğlu tutuldu
10:40
26

Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu: 17 yaşlı oğlu tutuldu

Bakının Suraxanı rayonunda 17 yaşlı oğlanın anasını bıçaqladığı iddia edilir.

7News.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Ehtimal edilir ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Anasına çoxsaylı bıçaq zərbələri endirməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, bıçaqlanan qadının vəziyyəti orta-stabildir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bakının Suraxanı rayonunda anasına çoxsaylı bıçaq zərbələri endirməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, bıçaqlanan qadının vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ