RU
Pakistanda polislə radikal fəallar arasında toqquşma, 8 ölü
15:20
856

Pakistanda polislə radikal fəallar arasında toqquşma, 8 ölü

Pakistanda "Tehrik-i-Labbayk Pakistan” radikal islam təşkilatının aktivistləri ilə polislər arasında toqquşma olub.

7News.Az "The News” qəzetinə istinadən xəbər verir ki, Pəncab əyalətində baş vermiş insident zamanı 8 nəfər həlak olub. Həlak olanların 4-ü polis əməkdaşıdır. 

 

Toqquşma polisin "Tehrik-i-Labbayk Pakistan” tərəfdarlarının ölkənin paytaxtına yürüşünün qarşısını almağa cəhd etməsindən sonra başlayıb. Yürüşün məqsədi təşkilatın lideri Saad Hüseyn Rizvinin həbsdən azad edilməsini (cari ilin aprelində həbs edilib - red.) tələb etmək olub.

Pakistan hökuməti təşkilatı silahlı qrup kimi nəzərdən keçirəcəyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ