RU
Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
13:41
28

Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var

Xoşbəxtlikdən indi Azərbaycanla Ermənistan arasında sülh var.

Bu barədə Ermənistan Baş naziri və "Vətəndaş Müqaviləsi" Partiyasının sədri Nikol Paşinyan jurnalistlərə açıqlamasında seçkilərin region üçün mümkün nəticələri barədə danışarkən deyib.

O, Gürcüstanla çox dərin münasibətlərin olduğunu bildirib.

"Əlbəttə ki, Türkiyə ilə münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm", - Baş nazir qeyd edib.

Paşinyan, həmçinin, Türkiyə ilə sərhədin, eləcə də dəmir yolu və avtomobil yollarının yaxın gələcəkdə yenidən açılacağına əminliyini ifadə edib.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Baş nazir Nikol Paşinyan artıq seçkilərdə səs verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ