RU
lombard
Paşinyanın əleyhdarları silahlandı - Bir nəfər saxlandı
14:50
398

Paşinyanın əleyhdarları silahlandı - Bir nəfər saxlandı

Ermənistanın paytaxtı Yerevanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.

7News.Az xəbər verir ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıblar. Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxararaq, polis əməkdaşlarına təhvil veriblər.

Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır. (Report)

Xatırladaq ki, artıq bir neçə gündür, Yerevanda iqtidar əleyhinə etiraz aksiyaları keçirir. Bir sıra müxalifətçilər çadır quraraq, parlamentin binası qarşısında gecələyirlər.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ