Ermənistanda daha bir general işdən çıxarılıb.
Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında birinci ordu korpusunun komandanı, general-mayor Jirayr Poqosyanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.
J. Poqosyanın işdən çıxarılmasının səbəbi açıqlanmır.
2018-ci ilin iyunundan bu vəzifəni tutan J. Poqosyan 2021-ci ilin fevralında N. Paşinyanın istefasını tələb edən yüksək rütbəli hərbçilər sırasında olub./apa
7NEWS.Az








