"Silahlı Qüvvələrin Baş qərargahının baş nazir Nikol Paşinyanın və bütün hökumətin istefasını tələb etməsi hərbi çevriliş cəhdi deyil”.
Bunu "Al Arabiya” kanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ara Ayvazyan deyib.
O bildirib ki, Ermənistanda hərbi çevriliş elementləri yoxdur:
"Bu, Baş qərargahın bir neçə üzvlərinin mövqeyi, sadəcə siyasi bir bəyanat idi və bu da özü-özlüyündə hərbi çevriliş cəhdi anlamına gəlmir. Ermənistanda hərbi çevrilişin elementləri yoxdur”./qafqazinfo
7NEWS.Az








