"Vəzifədə ümidlərini doğrultmadığım hər kəsdən üzr istəyirəm”.
Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi özü könüllü olaraq tutduğu vəzifədən istefaya getmək barədə ərizə yazıb.
Bu barədə Paşinyanın mətbuat katibi Mane Gevorkyan öz Facebook səhifəsində yazıb."Baş nazirə və hökumətin aparatında birgə fəaliyyətə görə təşəkkür edirəm. Baş nazirin mətbuat katibi vəzifəsində işlədiyim dövr Ermənistan üçün çətinliklərlə dolu il olub. Buna baxmayaraq, 2018-ci il inqilabının əsasını təşkil edən dəyərlərə sadiq qalmağa çalışdım. Bu vəzifədə ümidlərini doğrultmadığım hər kəsdən üzr istəyirəm. Səmərəli əməkdaşlığa görə jurnalistlərə də təşəkkür edirəm”- mətbuat katibi yazıb./olke.az
7NEWS.Az








