RU
Pelin “Yeter”lə vidalaşdı - Fotolar
10:42
591

Pelin “Yeter”lə vidalaşdı - Fotolar

İkinci dəfə ana olmağa hazırlaşan Pelin Karahan rol aldığı "Yeter” serialından ayrılıb.

7News.Az xəbər verir ki, bir müddət əvvəl aktrisanın ekran işindən getməsi barədə xəbərlər yayılsa da, Karahan məlumatı təsdiq etməmişdi.

Aktrisa "Yeter”dən ayrılıq qərarını sosial şəbəkədə elan edib:

"Bu mənim həm vida, həm gözəl başlanğıc, həm də təşəkkür mesajım olsun. Vida edirəm, çünki "Yeter” serialında bu gün sonuncu dəfə məni görəcəksiz. Sağlam dostluqlar qurdum, gözəl xatirələr paylaşdım. Komandadakı uşaqlara minnətdaram. Hər zaman mənə dəstək oldunuz. Məndən narahat olmayın.

Həyat hər zaman sürprizlərlə qarşıma çıxdı. Bu dəfə ailəmizin ikinci qonağı dünyaya gələcək. Bu səbəbdən istirahətə ehtiyacım var. Əlimdən gələn ən yaxşı şeyləri etməyə çalışdım, amma istirahət mütləq lazım idi”.

Xatırladaq ki, Pelin 3 il əvvəl iş adamı Bedri Güntay ilə ailə həyatı qurub. Cütlüyün Ali adlı bir oğlu var.

Pelin
Pelin
Pelin
Pelin
Pelin

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ