Bu gün "Hər şey daxil" proqramının qonağı tanınmış aktrisa Pərvin Abıyeva olub.
7News.Az big.az-a istinadən xəbər verir ki, aktrisa verilişdə həmkarı Tünzalə (Tunay) Əliyevaya məhkəmədə qalib gəldiyini açıqlayıb:
"Hər kəs bilir ki, uzun müddətdir, Tünzalə Əliyeva ilə aramda böyük qalmaqal yaşanıb. Nəhayət, məhkəmə haqqımızda qərar verib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Tünzalə mənə mənəvi zərbə vurduğuna görə təzminat ödəməli və üzr istəməlidir. Lakin mən təzminatı qəbul etmədim, kütləvi şəkildə məni təhqir etdiyinə görə üzr istəməlidir".
Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını "1000 manatlıq fahişə" adlandırıb.
P.Abıyeva isə İnstaqram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.
7News.Az










