Aktrisa Pərvin Abıyeva ilk dəfə olaraq keçmiş sevgilisi Muradın qardaşı Cavidan Abdullayevin ölümündən danışıb.
7News.Az xəbər verir ki, "Toliklə Səmimi" proqramında qonaq olan Pərvin yayılan xəbərlərin onu çox incitdiyini bildirib:
"Bir çox saytlar həmin məsələdə mənim adımı çox hallandırdı. Amma bəziləri də var idi ki, mənim vəziyyətimi başa düşüb yazmadı. Onların yazmağı məni çox incitdi. Bu məsələdə məni polisə də çağırmadılar. Çünki o cinayət deyildi. O qismət idi, bədbəxt bir hadisə idi. Düzdür, çox gənc idi, olmamalı idi. Hələ də özümüzə gəlməmişik. Ekspertizanın rəyi oldu. Qardaşı Murad ilə münasibətim də bitib. Bu haqda danışmayaq, çox pis oluram. Həyatımda heç kim yoxdur".
Qeyd edək ki, Abıyeva, "Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova, keçmiş aparıcı Seyran Əliyeva, Murad və Cavid Abdullayev qardaşları bayramı Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən "CHI club Kiev”də keçirmişdilər.
Yeni il gecəsi başa çatdıqdan sonra Pərvin Abıyevanın sevgilisinin qardaşı Cavidan Abdullayev gözlənilməz şəkildə vəfat edib. Ekspertizanın rəyinə əsasən, C.Abdullayevin kəskin ürək çatışmazlığından və işemik insultdan öldüyü məlum olub.
Baş verən bu dəhşətli hadisədən sonra Pərvin şəxsi İnstaqram hesabını bağlamışdı.
Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb.

7News.Az