"Survivor 2020" yarışmasını tərk edən şəxsin adı bilindi.
BAKU.WS xəbər verir ki, TV8-də yayımlanan verilişdə "Məşhurlar" komandasından yarışı tərk edən şəxs Pərviz Abdullayev olub.
Konsey günü ən çox adı yazılan iştirakçılar arasında olan Pərviz SMS yarışında geridə qalıb.
Bu vəziyyət isə bütün tamaşaçıları, o cümlədən Pərvizi şoka salıb.
Deməyə söz tapa bilməyən Pərviz hər kəsə uğurlar arzu edərək yarışı tərk edib.








