RU
“Pfizer” şirkəti Omicron ştamına qarşı effektiv peyvənd hazırlayacaq
22:30
745

“Pfizer” şirkəti Omicron ştamına qarşı effektiv peyvənd hazırlayacaq

COVID-19-un Omicron ştamına qarşı effektiv peyvənd mart ayında hazır olacaq.

7NEWS.Az-ın CNBC kanalına istinadən verdiyi xəbərə görə, bu barədə "Pfizer"in icraçı direktoru Albert Burla bildirib.

Onun sözlərinə görə, şirkət artıq ilkin dozaların istehsalına başlayıb.

Albert Burla peyvəndin COVID-19-un digər variantlarını da hədəf alacağını vurğulayıb.

İcraçı direktor qeyd edib ki, peyvəndin mümkün qədər tez hazırlanmasını istəyən hökumətlər var.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ