RU
Pirəkəşküldə partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
11:00
27

Pirəkəşküldə partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq

Müdafiə Nazirliyi Pirəkəşkül qəsəbəsi yaxınlığında planlı məhvetmə işlərinin aparılacağını açıqlayıb.

İstismar müddətini başa vurmuş və istifadəyə yararsız hesab edilən döyüş sursatlarının təhlükəsizlik tələblərinə uyğun şəkildə zərərsizləşdirilməsi məqsədilə iyunun 17-dən 19-dək poliqonda müvafiq tədbirlər görüləcək.

Qeyd olunub ki, həmin tarixlərdə ərazidən partlayış səslərinin eşidilməsi mümkündür. Bununla əlaqədar olaraq vətəndaşlardan narahatlıq keçirməmələri xahiş olunur.

Müdafiə Nazirliyi vurğulayıb ki, həyata keçirilən tədbirlər planlı xarakter daşıyır və hər hansı narahatlıq üçün əsas yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ