RU
Piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər tutuldu
14:11
262

Piyadaları vuraraq hadisə yerindən qaçan sürücülər tutuldu

Yol-nəqliyyat hadisəsi törədərək, qəza yerindən yayınmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, oktyabrın 6-da saat 21:00 radələrində Bakı şəhər sakini Novruz Abbasovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Abşeron rayon Polis idarəsinə məlumat daxil olub.

Həmin hadisənin "KamAZ” markalı maşınla törədildiyi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Laçın rayon sakini Cəbrayıl Səfərov saxlanılıb.

Oktyabrın 6-da saat 20:00 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən kənd sakini Abdulrəhman İbiyevin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi barədə daxil olmuş məlumatla əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobili idarə edən Bakı şəhər sakini Oqtay Mirzəyev saxlanılıb.

Oktyabrın 6-da, saat 21:00 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Anar Cəlalinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar qəza yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2103” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Aqil Salmanov saxlanılıb.

Oktyabrın 7-də saat 21:00 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sədrəddin Şahməmmədov vurulub. 

Səbail rayon Polis idarəsi 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınmaqda şübhəli bilinən "Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Elmin Əhmədli saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ