RU
PKK NATO ölkələri istehsalı silahlardan istifadə edir
23:00
598

PKK NATO ölkələri istehsalı silahlardan istifadə edir

PKK terror təşkilatı Türkiyədə həyata keçirdiyi terror fəaliyyəti zamanı bir sıra NATO ölkələrinin istehsal etdiyi silah-sursatlardan istifadə edib.

Bu barədə "Anadolu” məlumat yayıb.

 

Məlumata əsasən, Türkiyə təhlükəsizlik qüvvələri 2017-2021-ci illərdə PKK-ya qarşı antiterror əməliyyatları zamanı ələ keçirilmiş silah-sursatların siyahısını açıqlayıb. Siyahıda 40-dan çox ABŞ istehsalı TOW, İsveç istehsalı AT-4 və Fransa-Almaniya ortaq məhsulu MILAN tank əleyhinə raket kompleksləri yer alıb.

Adıçəkilən silahlar Türkiyə, İraq və Suriya ərazilərindəki antiterror əməliyyatlarında ələ keçirilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ