RU
Plagiat mahnıya görə 450 min dollar ödəyəcək - Video
13:00
233

Plagiat mahnıya görə 450 min dollar ödəyəcək - Video

Müəllif hüquqlarını pozan amerikalı repçi Niki Minaj məhkəmədən qaçmaq üçün müğənni Treysi Çepmenə 450 min dollar ödəyəcək.

Bu barədə "Billboard" məlumat yayıb.

Bildirilib ki, Minaj "Sorry" mahnısında Treysinin 1988-ci ildə yazdığı "Baby can i hold you”nun sözlərindən istifadə edib. Bəstə həmin illərdə rəsmi olaraq işıq üzü görməsə də, radiolarda səslənmişdi. Treysi müəllif hüquqlarının pozulması iddiası ilə 2018-ci ildə Minajı məhkəməyə də vermişdi. 


 
Bu günlərdə isə məlum olub ki, Minajın vəkilləri Treysini 450 min dollar kompensasiyanı almağa və məhkəmədən imtina etməyə razı salıblar. /Axşam.az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ