RU
Polşa 18-ci “Dəmir diviziya”sını müasir tank və helikopterlərlə təchiz edəcək
21:40
268

Polşa 18-ci “Dəmir diviziya”sını müasir tank və helikopterlərlə təchiz edəcək

Polşa özünü Brest istiqamətindən mümkün hücumlardan müdafiə etmək üçün ölkənin şərqində yerləşdirilmiş 18-ci mexanikləşdirilmiş diviziyanı "Abrams” tankları və "Apache” helikopterləri ilə təchiz etmək niyyətindədir.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak brifinqdə bildirib.

Nazir Polşada "Dəmir diviziya” adlanan 18-ci mexanikləşdirilmiş diviziyanın artıq 4 ildir fəaliyyət göstərdiyini bildirib.

Onun fikrincə, bu diviziya "keçilməz səddir”. "Bu, Brest qapılarını bağlayacaq bir maneə olacaq", - nazir deyib.

Daha əvvəl Polşanın Müdafiə Nazirliyi 250 "Abrams” tankı və 96 "Apache” hücum helikopteri aldığını açıqlamışdı./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ