RU
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
17:40
29

Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub

Polşa Milli Müdafiə Nazirliyi ölkənin hava məkanını iyulun 30-na keçən gecə pozan və ölkə ərazisində partlaayn raketin Rusiyaya məxsus X-101 qanadlı raketi olduğunu təsdiqləyib.

Bu barədə Polşa milli müdafiə nazirinin müavini Sezari Tomçik "RMF24” radiosuna açıqlamasında bildirib.

"Tam məsuliyyətlə təsdiq edə bilərik ki, bu, Rusiyaya məxsus X-101 qanadlı raketi idi. Bu raket hətta nüvə başlığı daşımaq qabiliyyətinə malikdir və yerə çırpıldıqda partlayıb. Bu, potensial olaraq çox təhlükəli raketdir", – deyə Tomçik bildirib.

Nazir müavini qeyd edib ki, Rusiya adətən Ukraynaya 10-20 raket buraxsa da, son hücum zamanı onların sayı təxminən 70 olub. Onun sözlərinə görə, gecə saat 03:00 radələrində 20-yə yaxın raket Polşa istiqamətində hərəkət edirdi.

Tomçik raketin Polşa hava məkanını qəsdən pozub-pozmadığı ilə bağlı suala cavabında isə "Hər iki variant mümkündür" deyib.

Qeyd edək ki, raket Polşanın Lyublin voyevodalığında yerləşən Tarnava-Koloniya kəndi yaxınlığında boş sahəyə düşərək partlayıb. Partlayış nəticəsində təxminən 10 metr diametrli krater yaranıb. Hadisə yaşayış məntəqəsindən kənarda baş verdiyi üçün xəsarət alan olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ