Polşa hökuməti Gürcüstana yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 468 min doza "Pfizer” vaksini bağışlayacaq.
Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vaksinin ilk partiyası artıq Gürcüstana çatdırılıb.
Polşanın Gürcüstandakı səfiri Marius Maskeviç bildirib ki, zərurət yarandığı təqdirdə ölkəsi Gürcüstana yenə kömək edəcək.
7NEWS.Az







