RU
Polşada gecə spirtli içkilərin satışı qadağan edilib
14:40
26

Polşada gecə spirtli içkilərin satışı qadağan edilib


7News.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada gecə saatlarında mağaza və yanacaqdoldurma məntəqələrində spirtli içkilərin satışını qadağan edən qayda qüvvəyə minib. Əvvəllər Varşavanın iki mərkəzi rayonunda tətbiq edilən gecə spirtli içki satışına qadağa bütün şəhərə şamil edilib. Mağazalarda və yanacaqdoldurma məntəqələrində yerli vaxtla saat 22:00-dan səhər 6:00-a qədər spirtli içkilərin satışı qadağan ediləcək. Varşava Şəhər Şurası məsələ ilə bağlı ictimai məsləhətləşmələrdə təxminən 9000 adamın iştirak etdiyini və 80%-dən çoxunun məhdudiyyətləri dəstəklədiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ