RU
Prezident Azərbaycanla Özbəkistan arasında imzalanan sənədi təsdiqləyib
15:05
27

Prezident Azərbaycanla Özbəkistan arasında imzalanan sənədi təsdiqləyib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanunu təsdiqləyib.

 Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.

Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ