Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.
Gələn il üçün Fondun gəlirləri və xərcləri bu illə müqayisədə 175 % çox - 2 811 428 292 manat məbləğində təsdiq olunub.
2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar (2023-cü ilə nisbətən 8,9 % çox), 815 053 804 manatı işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları (6,6 % çox), 15 000 000 manatı fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar (19,05 % çox), 122 786 798 manatı avtomobil benzininin, dizel yanacağının, maye qazın ölkə ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar (0,4 % çox), 32 600 000 manatı digər daxilolmalar (2,35 dəfə çox), 450 000 000 manatı isə əvvəlki illərdə icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ (2,1 dəfə çox) hesabına formalaşacaq.
Gələn il Fondun xərclərinin 32 500 000 manatını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri (3,2 % çox), 79 280 236 manatını Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri (11 % çox), 46 600 000 manatını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin saxlanılması xərcləri (55,3 % çox), 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya (33,6 % çox), 55 000 000 manatını sair xərclər (37,5 % çox), 88 874 024 manatını sığorta ehtiyatlarına ayırmalar (8,5 % çox), 6 000 000 manatını yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri (35,35 % az), 100 000 manatını isə bank xərcləri (dəyişməyib) təşkil edəcək.








