RU
Prokuror Fədayə Laçına cəza istədi - 6 İL
12:27
348

Prokuror Fədayə Laçına cəza istədi - 6 İL

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

7News.Az-ın xəbərinə görə, hakim Azad Məcidovunsədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərliçıxış edib. 

O deyib ki, təqsirləndirilən şəxslərin cinayəti məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.  

Prokuror Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevin 8 il 6 ay, Tural Poladxanovun 8 il 6 ay, Bəhruz Abdullayevin 10 il, Əli Ağaminin 20 il, Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, İsrafil Soltanovun 8 il, Şahlar Bəyəlizadənin 8 il, Anar Əsgərovun 8 il, Tərlan Zeynalovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ