RU
Putin miqrantların Belarus vasitəsilə Avropaya getmələrinə aydınlıq gətirib
16:50
688

Putin miqrantların Belarus vasitəsilə Avropaya getmələrinə aydınlıq gətirib

Miqrantlar Belarusa vizasız giriş səbəbindən Minsk vasitəsilə Avropa İttifaqına (Aİ) daxil olmağa çalışırlar.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya-1” telekanalına müsahibəsində bildirib.

"Miqrantlar başqa kanallarla gedirdilər. İndi onların Belarus vasitəsilə getməsində təəccüblü heç nə yoxdur. Aleksandr Lukaşenkonun mənə izah etdiyinə görə, həmin ölkələrdən Belarusa giriş vizasızdır”, - Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, son həftələr bir neçə min miqrant Aİ ölkələrinə getmək ümidi ilə Belarus-Polşa sərhədində toplaşıb. Polşa hakimiyyəti miqrasiya böhranında Minski günahlandıraraq sərhəd təhlükəsizliyini gücləndirib, hərbçilərini sərhədə yığıb, qanunsuz miqrantların ölkəyə daxil olmaq cəhdlərinin qarşısını alıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ