7News.az xəbər verir ki, Meksikada sosial media influenseri Sintiya Abiqail Tamez Rivera, onun həyat yoldaşı və üç övladının ölümü ilə bağlı aparılan araşdırmada dəhşətli təfərrüatlar üzə çıxıb. Nuevo-Leon Prokurorluğunun ilkin məlumatlarına görə, Tamez əvvəlcə həyat yoldaşı Leodeqario Moya Qarza və iki oğlunu güllələyib. Daha sonra ən kiçik oğlu ilə birlikdə evdən çıxaraq onu da öldürüb və nəhayət, həmin silahla özünə qəsd edib. Beş nəfərin ölümü ilə nəticələnən hadisədən əvvəl cütlük arasında mübahisə yaşandığı bildirilir.








