Qondarma rejimin başçısı Arayik Harutyunyan Xankəndində mənzil problemləri ilə bağlı görüş keçirib.
Bu zaman separatçıların rəhbəri Xankəndində yaşayan ermənilərin mənzilləri öz soydaşlarına əsassız yerə baha qiymətə kirayə verdiyini deyib. O bildirib ki, Qarabağda evsiz qalan ermənilərə qarşı atılan bu addım nəinki əsassız, həm də əxlaqsızdır:
"Hökümət vəziyyəti düzəltmək üçün təcili tədbirlər görəcək. Lazım gələrsə, vicdansız ev sahibləri dəstəkdən məhrum ediləcəklər. Prokurorluq tədbirləri də tətbiq edilə bilər”./Yenisabah.az








