RU
Qalmaqallı idmançı uzaqlaşdığı veriliş üçün zaman verdi: “İki ay sonra bağlanacaq”- EKSKLÜZİV
16:20
647

Qalmaqallı idmançı uzaqlaşdığı veriliş üçün zaman verdi: “İki ay sonra bağlanacaq”- EKSKLÜZİV

Qalmaqallı idmançı Kamil Zeynallının ATV telekanalında yayımlanan verilişindən uzaqlaşdırıldığı, onun yerinə isə teleaparıcı Cahid Şahbazovun təyin edildiyi xəbəri yayılıb.

Məsələ ilə bağlı açıqlama verən idmançı bu məlumatların yalan olduğunu, işlərinin "xod” getdiyi üçün bu kimi məlumatların arxadan atılan daş olduğunu qeyd edib:

"Bu məlumatlar tamamilə yalandır. Mən efirdən uzaqlaşdırılmamışam. Bunu telekanal rəhbərliyi başda olmaqla hər kəs təsdiq edə bilər. Telekanalla heç bir problem yaşamıram. Bu kimi xəbərlərin yayılması da əslində məni sevindirir. Çünki bu aralar işlərim çox yaxşı gedir, bütün işlərim qaydasında və yüksək səviyyədədir. Ona görə də işlərim önə getdikcə məni istəməyənlərin, gözü götürməyənlərin sayı günü-gündən artır. Bu da əslində məni sevindirir. Amma arxadan atılan da həmişə ayağa dəyir ”. 

İdmançı telekanalla yeni layihəsinin yaxın müddətdə ərsəyə gələcəyini də eksklüziv olaraq Cebhe.info-ya açıqlayıb: "Ən əsası onu da qeyd edim ki, mənim ATV telekanalı ilə yeni layihəm var. Sentyabr ayında yeni verilişim, yeni layihəm efir üzü görəcək. Həmin veriliş bundan daha da çoxşaxəli olacaq. Hazırki verilişin də başqa teleaparıcı tərəfindən aparılmasından məlumatlıyam. Bu veriliş də iki ay davam etdikdən sonra bağlanacaq və onun yerinə mənim yeni layihəm efirə çıxacaq. Düzü verilişin adını hələ təyin etməmişik, amma düşünüb yekdil qərara gəldikdən sonra bu barədə sizə məlumat verəcəyik”. //cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ