Bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür.
Qan Donorları Assosiasiyasının idarə heyəti və çox saylı qan xeyriyyəçisi olan üzvləri adından Mehriban xanımı təbrik edir, ona sağlamlıq və şərəfli ömür yolunda böyük uğurlar arzu edirik!
Bu sözləri birliyin sədri Fuad Əsgərov öz təbrikində bildirmişdir. O, həmçinində qeyd etmişdir ki, "Qan Donorları Assosiasiyası” ictimai birliyi məhz 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya problemlərinə həsr olunmuş" Talassemiyasız həyat naminə” mövzusunda keçirilən dəyirmi masadan sonra təsis olunmuşdur. Məqsəd ölkədə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək və "milli qan donor şəbəkəsini”qurmaqdır idi.
Qürür hissi ilə qeyd etmək istəyirəm ki, biz 2019-cu ildə azərbaycanda keçirilən XX Dünya Gəncləri Forumunda buna nail ola bildik. Çünki artıq 90 ölkənin təmsil olunduğu Qan Donorları Cəmiyyətləri Federasiyasının ən fəal üzvlərindən biriyik.








