RU
Gənclər və yeniyetmələr arasında erkən nikahlar müzakirə olunacaq
16:56
30

Gənclər və yeniyetmələr arasında erkən nikahlar müzakirə olunacaq

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiinin maliyyə dəstəyi ilə "Gənclər Mərkəzi” İctimai Birliyi "Gənclik və dəyərlər” adlı layihəsinin icrasına başlayır.

Layihənin kordinatoru, Gənclər Mərkəzi İctimai Birliyin sədri Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və layihə İsmayıllı, Xaçmaz, Quba və Şabran rayonlarında həyata keçiriləcək.

Layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında erkən nikahların mənfi sosial, psixoloji və hüquqi nəticələri barədə maarifləndirmə aparmaq, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmlənməsinə dəstək olmaqdır. Layihə çərçivəsində maarifləndirici tədbirlər təşkil olunacaq, benefisiarlara qanunvericilikdən çıxarışlar və digər materiallar paylanılacaqdır.

Hazırda layihənin hazırlıq mərhələsidir. Bu mərhələdə Layihəyə cəlb olunacaq işçi heyəti ilə mövzu barəsində ətraflı mülahizə aparılacaq, benfesiarlar müəyyənləşəcək. İşçilərə görəcəyi işlər izah olunacaq və müqavilələr bağlanacaq və.s. 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ