RU
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsinin nəticələrini elan edir
13:19
18

Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsinin nəticələrini elan edir

 

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 22 may-28 iyun 2026-cı il tarixlərində keçirilən "Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin nəticələri elan edilib.

Qrant müsabiqəsinin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək olub.

 

Fondun Müşahidə Şurasının Qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə https://youthfoundation.az/199245/ linki vasitəsilə tanış ola bilərsiniz.

Qrant müqavilələrinin imzalanması üçün qaliblər 15 sentyabr-15 oktyabr tarixləri aralığında tələb olunan sənədlərlə birgə Gənclər Fondunun ofisinə yaxınlaşa bilərlər.

 

 


 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ