"Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi (AYAL) 2026-cı ilin iyul ayında Bakıda keçirilən "International Alumni Young Leaders Meetup – Baku Summer Brunch” adlı şəbəkələşmə görüşündə həmtəsisçilik edib.
Görüş Azərbaycanın beynəlxalq məzun icmasının gənc liderlərini və xaricdə təhsil almış gənc peşəkarları bir araya gətirib. Tədbirin əsas məqsədi iştirakçılar arasında əlaqələrin gücləndirilməsi, təcrübə və ideya mübadiləsinin aparılması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Görüş zamanı xaricdə əldə olunan bilik və təcrübənin Azərbaycanda tətbiqi, regionlarda yaşayan gənclərə mentorluq imkanları və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə müxtəlif beynəlxalq məzun təşkilatlarının nümayəndələri, o cümlədən Azerbaijani Students and Alumni Platform (ASAP), Azerbaijan–UK Alumni Association (AUKAA), Azerbaijan–Italy Alumni Association (AZIAA), Azerbaijani Students & Alumni of BeNeLux (AZSAB), Azerbaijan–China Alumni Association (ACAA), Spanish Alumni Network Azerbaijan (SANA) və Azerbaijan–Switzerland Community and Alumni (ASCA) təmsil olunub.
AYAL üçün bu görüş gənc peşəkarların tanıdılması, onların beynəlxalq təcrübəsinin müxtəlif regionlarda yaşayan gənclərlə paylaşılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli platformalardan biri olub.
Təşkilat alumni şəbəkələşməsinin davam etdirilməsinin və müxtəlif sahələrdə təcrübəyə malik alumni üzvlərinin gələcəkdə AYAL-ın region gəncləri ilə bağlı layihələrinə mentor və tərəfdaş kimi cəlb edilməsinin mümkünlüyünü qeyd edir.









