Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Region gənclərinin fəal iştirakçılığı və ictimai liderlik proqramı" adlı layihə çərçivəsində ilk maarifləndirici seminar Şamaxı rayonunda təşkil olundu.
30-a yaxın rayon gəncinin iştirkı ilə Şamaxı uşaq-gənclər idman-şahmat məktəbində keçirilən tədbirin açılışında AR Gənclər Fondunun məsul əməkdaşı Nihad Həzizadə, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərl və layihənin rəhbəri, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova iştirak edirdi.
Seminarı açıq elan edən Gülnarə Bağırova AGF-nin maliyyə dəstəyi ilə ADTGT İctimai Birliyi tərəfindən 3 ay müddətində icra olunan layihənin məqsədi, fəliyyət istiqamətləri və regionlarda keçiriləcək maarifləndirici seminarların bölgə gəncləri üçün əhəmiyyətindən danışdı.
Təbrik çıxışı edən AGF rəsmisi Nhad Həzizadə ADTGT İctimai Birliyinin bu vacib layihəsinin Fond tərəfindən dəstəklənməsini, təşkilatın bu sahədə uzun illər səmərəli və aktiv fəaliyyətini və tımsil etdiyi qurumun gənclərin inkişafı sahəsində rolundan danışdı.
ADTGT İctimai Birliyinin sədri, ekspert Asif Əsgərli AGF-nin dəstək verdiyi bu layihənin region gənclərinin fəal iştirakçılığı, könüllülük, liderlik və sosial təşəbbüskarlıq sahəsində fəaliyyətində bir stimul olacagını qeyd etdi.
Sonra seminar A.Əsgərlinin hazırladığı modullar əsasında interaktiv şəkildə davam etdirildi. Ekspert bölgə gənclərinə fəal iştirakçılığın yolları, onun formalaşması, könüllülük işi, sosial təəbbüskarlıq, ictimai liderlik, liderliyin xüsusiyətləri və gənclərin qərar qəbuletmə və icraçılıqda roluna dair geniş və əhatəli bilgi və məlumatlar çatdırdı. Seminarda gənclərin də fikir və şərhləri, istək və maraqları da müzakirə olundu və onların açıqlama və mövqeyləri də eşidildi.
gələcəkdə region gənclərinin təşkil olunu, İsmayıllı, Qəbələ, Cəlilabad, Masallı rayonu və Şəki şəhərində həyata keçiriləcək layihənin əsas məzmununu bölgə gənclərinin fəal iştirakçılığının, liderlik bacarığının, könüllülük və sosial təşəbbüskarlıq potensialının yüksəldilməsi, bu istiqamətdə onlara bilik, bacarıq və təcrübə aşılamaq və onların cəmiyyət həyatında aktiv roluna dəstək verməkdir.
Yekunda ekspert və layihə rəhbəri tərəfindən region gənclərinə bölgədə fəal iştirakçılıq və ictimai liderlik sahəsində imkan və perspektivlərin üzə çıxarılması və aidiyyətli qurumlarla işgüzar və silsilə əməkdaşlıq və tərəfdaşlıq qurulması istiqamətində tövsiyyələr verildina dəstək verməkdir.
ADTGT İctimai Birliyinin ictimai əlaqələr













