RU
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salınıb
10:20
18

Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salınıb

Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına növbəti köç karvanı yola salınıb.

Noyabrın 17-də növbəti köç karvanı Xocavənd şəhərinə, rayonun Quzeyxırman kəndinə, Cəbrayıl rayonunun Soltanlı kəndinə və Zəngilan rayonunun Cahangirbəyli kəndinə yola salınıb.

Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə - 45 nəfər, Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə - 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə - 74 nəfər köçürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ