Şəmkirdə evdən meyit tapılıb.
7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, rayon ərazisindəki evlərdən birində 1964-cü il təvəllüdlü M.Tağıyevin meyiti aşkarlanıb.
Onun ölüm səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bundan öncə Şəmkir rayonunun Varlı Həyat kəndində də evdən 2 meyit tapılmışdı.








