RU
Monqolustan Prezidenti istefa verib
10:50
18

Monqolustan Prezidenti istefa verib

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux bu gün, 17 noyabrda rəsmi olaraq istefa verdiyini açıqladı.

AZXEBER.COM-un Monqolustan milli MONTSAME xəbər agentliyinə istinadən məlumatına görə, o, bu barədə brifinqində bildirib.

"Hamınızın bildiyi kimi, son bir ay ərzində müəyyən cinayətkar qruplar Monqolustan Prezidentinin şərəfinə və vəzifəsinə ağılsızcasına hücum edərək, onun nüfuzuna xələl gətiriblər. Mənə inanılmaz və son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb və təhqir olunmuşam.

Mən bir müddət susdum və vəziyyəti müşahidə etdim. Lakin məsuliyyətli vəzifə tutan şəxs kimi bu gün bu açıqlamanı vermək qərarına gəldim. Hər kəs qanun qarşısında bərabərdir. Dünən Demokrat Partiyasından bir qrup Monqolustan Prezidentinin istefa verməli və araşdırma aparmalı olduğu mövqeyini bildirdi. Mən bununla razıyam", - o deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ