RU
Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib
11:00
22

Hörmüz boğazında tankerə hücum olub, yanğın baş verib

Xəsab şəhərindən 7 dəniz mili şimalda, Oman sahillərində Hörmüz boğazından keçən tankerə hücum edilib.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Hücum nəticəsində gəminin hərəkəti dayanıb və mühərrik otağında yanğın baş verib. Bütün heyət üzvləri təhlükəsizdir.

Gəmiyə vurulan ziyanın miqyası və ətraf mühitə dəyən mümkün ziyan hələ müəyyən edilməyib.

Hadisənin səbəbi araşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ