“Qanmayan adamlar çoxdur, prezidentdən xahiş edərdim ki…” – Afaq Bəşirqızı

“Qanmayan adamlar çoxdur, prezidentdən xahiş edərdim ki…” – Afaq Bəşirqızı

"Cənab Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlar var”.

7News.Az xəbər verir ki, bu sözləri İTV-nin efirində yayımlanan 3D proqramının qonağı olan xalq artisti Afaq Bəşirqızı deyib. Aparıcı Dadaş Dadaşlinski A.Bəşirqızına bir müsahibəsində "Elə rejissorlar var ki, Prezidentin seriallara ayırdığı vəsaitdən mənimsəyib binanın bir mərtəbəsini alıb, aktyorlara isə pulu vermirlər və yaxud az verirlər” sözlərini dediyini xatırladıb. Xalq artisti sözlərini bir daha təsdiqləyib:

"Cənab Prezidentin verdiyi sərəncamlardan sui-istifadə edən məmurlar var, çox təəssüflər olsun ki, mart ayından bu yana verilən sərəncamlardan da yenə sui-istifadələr oldu. Yəni o faiz söhbətlərində yenə də həddən artıq böyük qeyri-qanuni işlər görüldü. Mənə elə gəlir ki, hələ biz məmurlara bunları tərgidə bilməyəcəyik. Çox təəssüflər olsun”.

A.Bəşirqızı hazırda bu kimi hallara susmaqla cavab verdiyini qeyd edib: "Mən öhdəmə düşən vətəndaşlıq borcunu yerinə yetirirəm. Amma başqasına deyə bilmirəm ki, sən vətəndaş ol, adam ol. Buna mənim mədəniyyətim imkan vermir. Amma onun şüuru var, özü başa düşməlidir”.

Prezidentlə yenidən görüş olsa, nə xahiş edərsiniz sualına aktrisa belə cavab verib: "Teatrın problemi həddindən artıq çoxdur. Teatr aləmində təsadüf adamlar, teatrı başa düşməyən, qanmayan adamlar çoxdur. Prezidentdən xahiş edərdim ki, bir islahat keçirsin. Mütləq…”

Xəbər lenti