RU
Qantz: Türkiyə İsrail vətəndaşlarına təhdidlərin qarşısını alıb
18:50
214

Qantz: Türkiyə İsrail vətəndaşlarına təhdidlərin qarşısını alıb

İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə təşəkkür edib.

Bu barədə, o, Türkiyəyə səfəri çərçivəsində həmkarı Hulusi Akarla birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə tərəfi ölkə ərazisində İsrail vətəndaşlarına qarşı planlaşdırılan təhdidlərin qarşısını alıb.

"Prezident Ərdoğan, nazir Akar və təhlükəsizlik orqanlarına təşəkkür edirik. İnanıram ki, günahsız dinc əhaliyə qarşı terroru dəstəkləməklə və ya həyata keçirməklə regionlarımızda sabitliyi pozanların təsirini azaltmaq üçün birlikdə daha çox şey etmək olar. Bu, Fələstin mövzusuna da aiddir və mən əminəm ki, ölkələrimiz arasında daha dərin müdafiə əlaqələri bu sahədə də inkişafa müsbət təsir göstərə bilər”, - Qantz bildirib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ