RU
Qanunsuz ov edən 15 əcnəbi saxlanıldı
16:11
333

Qanunsuz ov edən 15 əcnəbi saxlanıldı

Bu ilin 9 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən 7News.Az-a verilən məlumata görə, onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.

Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 6 brakonyerin şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib. Hazırda reydlər davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ