“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili – FOTO

“Qarabağ”ın futbolçusunun 250 minlik yeni avtomobili – FOTO
Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

7News.Az "qafqazinfo”ya istinadən xəbər verir ki, o, yeni aldığı "Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi "İnstagram" hesabında paylaşıb.

Qeyd edək ki, Abdullayevin yeni "oyuncağı”nın qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bundan öncə "Maserati” markalı avtomobil sürüdü. O, həmin maşında olan dövlət nömrə nişanını "Nissan GT-R”ə daşıyıb. 
 
 
 
 
7News.Az

Xəbər lenti