Oktyabrın 18-də Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 7News.Az-a "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyətlər magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
7News.Az








