RU
Qazaxdakı dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
10:30
25

Qazaxdakı dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu

Qazax rayonunda ağır qəzada ölən və yaralananların adları məlum olub.

Hadisə Qazax rayonu Qazax-Cəfərli avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən hissəsində baş verib.

1997-ci il təvəllüdlü Şadət Məhəmməd oğlu Mustafayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən 1968-ci il təvəllüdlü Məqsəd Oruc oğlu İbrahimovun idarə etdiyi "Opel" markalı 35-BO-470 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Fəxrəddin Mustafa oğlu Mustafayev hadisə yerində, 1958-ci il təvəllüdlü Sakibə Camal qızı Mustafayeva isə Qazax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ölüblər, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax RMX-yə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ