RU
Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılıb
17:50
1484

Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılıb

Qazaxıstanda prezidentlik müddəti 7 illə məhdudlaşdırılıb.

7NEWS.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 1-də Qazaxıstan xalqına müraciətində növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib, eyni zamanda dövlət başçısı prezidentlik müddətinin maksimum sayının ikidən birə endirilməsini, prezidentlik müddətinin beş ildən yeddi ilə qədər artırılmasını təklif etmişdi.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ