RU
Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı
14:53
321

Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı

Qazaxıstanın "Air Astana" aviaşirkətinin Nur-Sultan - Bakı reysi ilə uçan təyyarəsi Bakıya çatmamış Qazaxıstana geri dönməli olub.

7News.Az bildirir ki, bunu Trend-ə aviaşirkətdən məlumat veriblər.

Qeyd olunub ki, bu, koronavirusla əlaqəli deyil və təyyarənin geri dönməsinə texniki nasazlıq səbəb olub:

"Nur-Sultan - Bakı reysi ilə uçuş həyata keçirən təyyarə qanadın buzlanmasının qarşısının alınması sistemindəki qüsurla əlaqədar geri, Nur-Sultana qayıtmalı olub".

Şirkətdən onu da bildiriblər ki, eniş adi rejimdə baş tutub.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ