RU
Qazaxıstanın Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsi ilə görüş keçirilib
10:05
72

Qazaxıstanın Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsi ilə görüş keçirilib


7NEWS.az xəbər verir ki, 2026-cı il aprelin 22-də Astana şəhərində keçirilən "Regional Ekoloji Sammit - 2026” çərçivəsində QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova ilə görüşüb.
Görüş zamanı tərəflər vətəndaş cəmiyyəti institutlarının inkişafı, dövlət–ictimai əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və ekoloji təşəbbüslərin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıblar.
O da qeyd olunub ki, Azərbaycanın QHT Agentliyi tərəfindən 2026-cı il mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinə intensiv hazırlıq işləri görülür. Agentliyin bu forumun təşkilində əsas tərəfdaşı 2025-ci ilin noyabrında Naxçıvan şəhərində 8 ölkədən QHT-lərin təşəbbüsü ilə yaranan Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin Platformasıdır.
Səfər çərçivəsində QHT Agentliyinin təmsilçiləri "Regional Ekoloji Sammit - 2026" iştirakçıları üçün təşkil olunan mədəni tədbirlərdə də iştirak ediblər.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ