RU
“Qazprom neft”in rəhbərindən 1 barel üçün 100 dollar proqnozu
13:50
1139

“Qazprom neft”in rəhbərindən 1 barel üçün 100 dollar proqnozu

“Ucuzlaşma oyununu nəzərə almaq lazımdır”.

Neftin dünya qiymətləri gələcəkdə cari səviyyədən aşağı enə bilər, amma qısa müddət üçün gələcəkdə qiymətlər bir barel üçün 90-100 dollar səviyyəsinə qalxa bilər.

“Qazprom neft”in rəhbəri Aleksandr Dyukov belə hesab edir.

“Son zamanlarda ABŞ-ın Federal Ehtiyat Sisteminin faizləri artıracağını gözləyərkən baş verən ucuzlaşma oyununu nəzərə almaq lazımdır. Qiymət sabitləşib. Bundan sonra nələr olacaq?

Nəzəri olaraq, əgər ucuzlaşma oyunu davam edərsə, qiymət enə bilər, amma tamamən aydındır ki, bu ucuzlaşma qısamüddətli olacaq”, - Dyukov “Rossiya 24” telekanalına verdiyi müsahibədə deyib.

“Ortamüddətli və uzunmüddətli qiymətlər istehlakçı və istehsalçı üçün ədalətli və doğru olan səviyyəyə qayıdacaq. Mən bir barel üçün 90-100 dollardan danışıram”, - o qeyd edib.

Dyukov əlavə edib ki, bu səviyyəni qaytarmağa uzun illər sərf oluna bilər.

“Əgər qiymətlərin cari səviyyəsindən danışmaq lazım gələrsə, bu, hadisələrin inkişafı üçün ən sərfəli ssenari deyil və (bu, -red.) yalnız neft şirkətləri üçün deyil, eləcə də istehlakçılar üçün uzunmüddətli nəticələr verəcək”, - “Qazprom neft”in rəhbəri bildirib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ