Avqustun 26-sı, saat 18:00 radələrində Bakı şəhəri, Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada insident baş verib.
Bu haqda jurnalist Samir Feyruzov Facebook-da məlumat yayıb. O bildirib ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası Məhəmməd Abdullayev Aqil adlı şəxsin baş nahiyəsinə küt alətlə zərbə endirib. Nəticədə Aqilin başı yarılıb və o, xəstəxanaya yerləşdirilib.
S. Feyruzov yazır ki, Məhəmməd Abdullayevin icra başçısının atası olub-olmadığını öyrənmək üçün Səbuhi Abdullayevlə əlaqə saxlayıb:
"O, məsələni nə təsdiq etdi, nə də təkzib etdi.
İnsidentin başvermə səbəbləri ilə bağlı əldə etdiyimiz məlumata görə, hadisədən bir müddət əvvəl Məhəmməd Abdullayev Aqil adlı şəxsi başqa bir adamla tanış edib. Onlar arasında alış-veriş olub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Mübahisənin gedişində Məhəmməd Abdullayev Aqilin baş nahiyəsinə küt alətlə zərbə endirib”.








