7News.az xəbər verir ki, Türkiyənin Batman şəhərində AK Partiyanın Mərkəzi Rayon Şurasının üzvü Mehmet Direk qəbiristanlıqda olarkən rəqiblərinin silahlı hücumuna məruz qalaraq oğlu və qardaşoğlu ilə birlikdə həyatını itirib. Hadisə nəticəsində daha iki nəfər (onlardan biri ağır olmaqla) xəsarət alıb. Polis qüvvələri ərazidə geniş təhlükəsizlik tədbirləri görüb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.








